Sosial şəbəkədə biz:

Rusiya XİN: Payızda Ermənistanın məsələsinə baxılacaq

Rusiya XİN: Payızda Ermənistanın məsələsinə baxılacaq
Xəbər Şəkli
11 August 2026, 09:47
Dünya

Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsinə təşkilatın noyabrln 11-də keçiriləcək zirvə toplantısında baxıla bilər.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Təşkilatın üzvlərindən birinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı istənilən qərar tamamilə KTMT-nin səlahiyyətlərinə aiddir. KTMT Nizamnaməsi beynəlxalq müqavilədir və bütün tərəflər KTMT orqanlarının fəaliyyətini maliyyələşdirmək öhdəliyini vicdanla yerinə yetirilməlidir. İrəvanın təşkilatın işində iştirak etməkdən imtinası və büdcəsii maliyyələşdirməməsi Ermənistanın öhdəliyini ləğv etmir", - deyə diplomat qeyd edib.