Rusiyada İslam bankının yaradılması planlaşdırılır
Bununla bağlı Rusiya parlamentinin Dövlət Dumasının Maliyyə Bazarları üzrə sədri Anatoliy Aksakov açıqlama verib.
O, Kazanda keçirilən tədbirdə rus iş adamları və müsəlman nümayəndələri ilə İslam bankının yaradılmasını müzakirə etdiklərini bildirib. Aksakov deyib ki, bu məqsədlə ərəb ölkələri ilə də danışıqlar aparılır.
Rusiyada müsəlman əhalisinin 2033-cü ilə qədər ümumi əhaliyə nisbətinin 30%-ə çatacağı gözlənilir. Bu səbəbdən İslam bankçılığına tələbat artır.
Qeyd olunur ki, Tatarıstan, Çeçenistan və Dağıstan kimi bölgələrdə 2023-cü il sentyabrın 1-dən İslam bankçılığı üzrə sınaq əməliyyatları başlayıb.