Rusiyadan sərt nüvə xəbərdarlığı: “Bizi sınağa çəkməyin”
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin ərazi bütövlüyünə təhdid yaranacağı halda nüvə silahından istifadə ehtimalını istisna etmədiklərini bildirib.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Ryabkov Rusiyanın hərbi strategiyasında nüvə silahından istifadə edilə biləcək hallar açıq şəkildə müəyyən olunduğunu bildirib.
Onun sözlərinə görə, Rusiyanın ərazi bütövlüyünə qarşı hər hansı cəhd, hətta nüvə silahına malik olmayan dövlətlər tərəfindən edilsə belə, ən pis ssenaridə nüvə cavabına səbəb ola bilər. Ryabkov bu məsələnin ciddi qəbul edilməli olduğunu vurğulayaraq, “Rusiyanı bu mövzuda qətiyyətli olub-olmadığı ilə bağlı sınağa çəkməyin” deyə, xəbərdarlıq edib.
Sergey Ryabkov Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına da münasibət bildirərək, İrəvanın seçim qarşısında olduğunu və Rusiyanın Ermənistanla ənənəvi, dərin münasibətlərin qorunacağına ümid etdiyini deyib.
BakuPost