Sosial şəbəkədə biz:
Tramp Starmeri hədələdi: Bunu xatırladacağıq...
Xəbər Şəkli

Tramp Starmeri hədələdi: Bunu xatırladacağıq...

08 March 2026, 10:09
Dünya

ABŞ ordusu İranı məğlub edəndən sonra Böyük Britaniyanın Yaxın Şərqə təyyarədaşıyan gəmilər göndərmək qərarı unudulmayacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp özünə məxsus Truth Social hesabında qeyd edib: "Bir vaxtlar böyük müttəfiqimiz, bəlkə də ən böyük müttəfiqimiz olan Böyük Britaniya, nəhayət, Yaxın Şərqə iki "təyyarədaşıyan gəmi" göndərməyi ciddi şəkildə nəzərdən keçirir. Baş nazir Keir Starmer, artıq onlara ehtiyacımız yoxdur, amma bunu xatırlayacağıq. Artıq qalib gəldikdən sonra müharibələrə qoşulan insanlara ehtiyacımız yoxdur".