Ukrayna bu il Avropa İttifaqından hərbi ehtiyaclar üçün 28,3 milyard avro alacaq
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen 2026-cı ildə Kiyevə 90 milyard avroluq maliyyələşdirmədən 28,3 milyard avro köçürüləcəyini açıqlayıb.
O, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra X hesabında bu barədə paylaşımla çıxış edib. Onun sözlərinə görə, Ukrayna Avropa dron istehsalı layihələrinə tam inteqrasiya olunacaq: "Hava hücumundan müdafiə və dron əleyhinə tədbirlər Avropanın ən təcili prioritetlərindəndir. Ukrayna bu səylərə tam inteqrasiya olunacaq.
Təkcə bu il Ukraynaya Avropa maliyyə dəstəyi proqramı Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün 28,3 milyard avro ayıracaq".