Sosial şəbəkədə biz:
Ukrayna müharibəsində ən çox Rusiyanın bu ərazisi itki verib
Xəbər Şəkli

Ukrayna müharibəsində ən çox Rusiyanın bu ərazisi itki verib

02 May 2026, 09:31
Dünya

Ukrayna müharibəsində Başqırdıstan və Tatarıstan təsdiqlənmiş ölüm hallarının sayına görə Rusiyanın bütün bölgələri arasında birinci yerdədir .

Bu barədə BBC-nin Rusiya bölməsi məlumat dərc edib.

Qeyd olunub ki, ümumilikdə, rusiyalı jurnalistlər Ukraynada ölən 216.205 rus hərbçisinin adını müəyyən edə biliblər.

Bildirilib ki, yalnız iki bölgədə - Başqırdıstan və Tatarıstanda təsdiqlənmiş itkilər Əfqanıstandakı 10 illik müharibə zamanı bütün Sovet itkilərini artıq üstələyib:

“İki həftə ərzində Başqırdıstan Ukraynada 9500 hərbçi itirib, Tatarıstanda isə ölənlərin sayı 8000 nəfərdir. Təkcə bu iki bölgədə təsdiqlənmiş itkilərin sayı 18116 nəfərdir”.