Sosial şəbəkədə biz:
Ukrayna və Rusiyanın razılığa gələ bilmədiyi əsas məsələ məlum oldu
Xəbər Şəkli

Ukrayna və Rusiyanın razılığa gələ bilmədiyi əsas məsələ məlum oldu

03 December 2025, 08:22
Dünya

Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda əsas mübahisə nöqtəsi  Donetsk ərazisinin işğal olunmamış 20 faizi ilə bağlıdır.

Bunu Dövlət katibi Marko Rubio Fox News-a müsahibəsində deyib:

"Onların hazırda sözün əsl mənasında mübahisə etdiyi məsələ təxminən 30-50 kilometrlik bir ərazi - Donetsk bölgəsinin 20 faizidir. Biz ukraynalıların gələcək üçün təhlükəsizlik zəmanətləri verəcək nə ilə yaşaya biləcəyini anlamağa çalışırıq və düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik".

ABŞ hesab edir ki, Rusiya və Ukrayna son üç ildə sülh razılaşmasına ən çox indi daha yaxındırlar, lakin bu, hələlik əsas məqsədə çatmaq üçün kifayət deyil: "Düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik. Daha da yaxınlaşmışıq, amma hələ də orada deyilik. Hələ də kifayət qədər yaxın deyilik, amma bu dəyişə bilər".

O əlavə edib ki, administrasiya 10 aydır ki, "hər iki tərəfin yaşaya biləcəyi" təkliflər tapmağa çalışaraq bir razılaşma üzərində işləyir.

Dövlət katibi vurğulayıb ki, bu prosesdə son addımlar həmişə ən çətin olacaq və razılaşma "tezliklə əldə edilməlidir". Vaşinqton bu prosesdə "vasitəçiliyə vaxt ayırmağa dəyərmi" və ya digər vacib məsələlərə diqqət yetirməyin vaxtının gəlib çatıb-çatmadığını qiymətləndirir.