Sosial şəbəkədə biz:
Ukraynada daha bir azərbaycanlı həlak oldu
Xəbər Şəkli

Ukraynada daha bir azərbaycanlı həlak oldu

21 September 2025, 10:22
Dünya

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı məlumat yayıb.
Ukrayna ordusu sıralarında döyüşlərə qatılan 1987-ci il təvəllüdlü Həsənov Tofiq Tahir oğlu Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını icra edərkən həyatını itirib.
Onun Ukrayna ordusunun hərbçisi kimi hava dronları üzrə operator və aparıcı mütəxəssis vəzifəsində çalışdığı bildirilib.