Sosial şəbəkədə biz:

Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu

Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu
Xəbər Şəkli
29 August 2026, 09:59
Dünya

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorov İtaliyanın müdafiə naziri Quido Krosettonun müdafiə innovasiyaları üzrə müşaviri olmağa razılıq verib. O, yeni vəzifəsində Ukraynanın müasir texnoloji müharibədə qazandığı təcrübəni İtaliya ilə bölüşəcəyini bildirib.

Bu barədə Fedorov sosial şəbəkə hesabında məlumat yayıb.

Keçmiş nazir bildirib ki, komandası ilə birlikdə rəqəmsallaşma və müdafiə texnologiyaları sahəsində yeni layihələrin inkişafına həsr olunmuş beynəlxalq səfərə başlayıb. İlk görüşü İtaliyanın müdafiə naziri Quido Krosetto ilə keçirilib.

“Quidoya şəxsi dəstəyinə və müdafiə innovasiyaları üzrə müşaviri olmaq təklifinə görə təşəkkür etdim. Etimada və strateji tərəfdaşlığa görə minnətdaram. Bu rolda İtaliyaya müasir müharibə texnologiyalarını inkişaf etdirməkdə, müdafiə sahəsini təkmilləşdirməkdə və dünyanın yeni təhlükəsizlik çağırışlarına uyğunlaşmaqda kömək edəcəyəm”, – deyə Fyodorov bildirib.

Onun sözlərinə görə, Ukrayna və komandası texnoloji müharibənin aparılması sahəsində unikal təcrübə əldə edib və bu təcrübəni tərəfdaşlarla bölüşməyə hazırdır.

Fyodorov bununla yanaşı, əsas fəaliyyət istiqamətinin dəyişmədiyini vurğulayıb. Keçmiş nazir Ukraynada qalaraq ölkənin müdafiə imkanlarını gücləndirən və xaricdən əlavə resursların cəlb edilməsinə imkan verən layihələr üzərində işləməyə davam edəcəyini bildirib.

İtaliyanın müdafiə naziri Krosetto Fedorova müşavir vəzifəsini iyulun sonunda, onun Ukraynanın müdafiə naziri postundan uzaqlaşdırılmasından sonra təklif etmişdi.

Fyodorov avqust ayında yayımladığı 10 dəqiqəlik videomüraciətlə də diqqət mərkəzinə düşmüşdü. O, Ukraynanın dövlət idarəçiliyi böhranı ilə üzləşdiyini bildirmiş və müharibə davam etdiyi müddətdə seçkilərin keçirilməsinə çağırmışdı.

Bu bəyanat Volodimir Zelenskinin parlamentdən Yevgeni Xmaranı yeni müdafiə naziri vəzifəsinə təsdiqlənməsini istədiyini açıqlamasından bir neçə saat sonra səslənib.

Musavat.com