Sosial şəbəkədə biz:
“WarGonzo” müxbiri İrəvana buraxılmadı
Xəbər Şəkli

“WarGonzo” müxbiri İrəvana buraxılmadı

15 November 2025, 10:07
Dünya

"WarGonzo" jurnalisti Dmitri Seleznyov İrəvan hava limanından geri qaytarılıb.

O, ailəsi ilə birlikdə Ermənistana tətilə gedirmiş.

Hazırda təfərrüatlar araşdırılır. Seleznyov qayıdış reysi və Ermənistan xüsusi xidmət orqanlarının qərarını əsaslandıran sənədləri gözləyir.

Dmitri Seleznyov bir neçə dəfə Qarabağa qanunsuz səfər edib, 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi işləyib və siyasi hadisələr haqqında məlumat vermək üçün mütəmadi olaraq Ermənistana yollanıb.

Bu, uzun müddət ərzində ilk dəfədir ki, tanınmış rusiyalı jurnalistin Ermənistana girişinə qadağa qoyulur.