Sosial şəbəkədə biz:
WSJ: “Tramp 3 varinatdan birini seçib”
Xəbər Şəkli

WSJ: “Tramp 3 varinatdan birini seçib”

24 October 2025, 13:31
Dünya

Rusiyaya qarşı təkilf edilən üç sanksiyanı nəzərdən keçirən ABŞ prezidenti Donald Tramp sərtliyinə görə orta səviyyəli variant üzərində dayanıb.

Mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

“Ən sərt variant Rusiya sənayesinin əsas sektorlarını və yüksək vəzifəli rəhbərləri hədəfə almağı nəzərdə tuturdu. Ən yüngül variant isə “məhdud tədbirlərin” tətbiqi ehtimalı ilə bağlı olub. Amerika liderinin seçdiyi orta variant Rusiyanın enerji sektorunu hədəfə götürüb. Donald Trampın qərarını Dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset dəstəkləyiblər”, - qəzet yazır.

ABŞ-nin Maliyyə naziri Skott Bessent məhdudlaşdırıcı tədbirləri Rusiya prezidentinin Ukrayna danışıqlarında “dürüst və açıq” olmaması ilə əlaqələndirib. Amerika lideri isə, daha əvvəl Rusiyadan sülh istiqamətində heç bir addım görmədiyini bildirmişdi.

Dövlət katibi Marko Rubio, öz növbəsində, sanksiyaların Ağ Evin əsas məqsədini - Moskvanı danışıqlar masasına oturtmağı dəyişmədiyini vurğulayıb.

- Biz hələ də ruslarla görüşmək istərdik. Prezident son bir neçə ay ərzində dəfələrlə bildirib ki, əgər sülh sazişində irəliləyiş əldə etməsək, nə vaxtsa nəsə etməli olacaq. Bu gün onun nəsə etmək qərarına gəldiyi gün idi”, - Rubio deyib.

Bununla belə, Rusiya prezidenti Vladimir Putinin fikrincə, yeni məhdudiyyətlər Rusiya üçün “müəyyən nəticələrə” səbəb olsa da, onun iqtisadi rifahına ciddi təsir göstərməyəcək.

Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarının bu bəyanatına özünəməxsus qaydada cavab verib: “Onun belə düşünməsinə şadam. Altı aydan sonra görərik”.
AzVision.az