Sosial şəbəkədə biz:
Zelenski ABŞ-yə getməkdən imtina etdi
Xəbər Şəkli

Zelenski ABŞ-yə getməkdən imtina etdi

25 November 2025, 08:22
Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə Ukraynadakı münaqişənin həlli planını müzakirə etmək üçün Vaşinqtona getməkdən imtina edib.

Bu haqda Ali Radanın üzvü Aleksey Qonçarenko teleqramda bildirib. 

Siyasətçinin sözlərinə görə, Ukrayna liderinə bu həftə Trampla görüşmək imkanı təklif olunub.

“Zelenski planın daha ətraflı işlənməsinin zəruriliyini əsas gətirərək, bundan imtina etdi və gələn həftə uçmağı təklif etdi”, o, qeyd edib.

Qonçarenkonun sözlərinə görə, Zelenski böyük ehtimalla gələn həftə Vaşinqtona səfər edəcək./Qafqazinfo