Sosial şəbəkədə biz:
Ağdamda yeni tikilən binadakı radiator müzakirələrə səbəb oldu
Xəbər Şəkli

Ağdamda yeni tikilən binadakı radiator müzakirələrə səbəb oldu

05 January 2026, 08:59
Gündəm

Ağdamda yeni tikilən binadakı mənzildə olduğu iddia edilən radiator görüntüsü müzakirələrə səbəb olub.
Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.
İzləyicilər tərəfindən tənqid olunan fotonun nə vaxt və hansı mənzildə çəkildiyi dəqiq bilinimir. Amma sosial şəbəkə istifadəçiləri kiçik ölçülü olmasını istehza ilə qarşılayıblar.
Həmin şərhlərdən bəzilərini təqdim edirik:
“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar”,
“O radiatorla ikimərtəbə evi isitmək olar, qudurmayın”,
“İndi gəlib yazacaqlar ki, deyirdiniz əsas topraq olsun bunada şükür edin”,
“Yeyintinin fotosu”,
“Radiatorun özü soyuqdan donur, bir iki xoş soz deyin yazığa, ən azından ruhu isinsin”,
“Bəlkə bir az seksiyaların sayını azadalar? Burda qışda istidən adamın nəfəsi kəsilər eee”,
“Radiatoru uzununa qoyublar da, eninə qoysaydılar böyük görsənərdi”,
“Hələ baladı illər keçdikcə böyüyüb yekə radiator olacaq”,
“Bəy verən atın dişinə baxmazlar, amma çöl divar da elə bil təkqat daşla tikilib”.