Sosial şəbəkədə biz:
Azərbaycan Ordusunun hərbçisi həlak oldu - FOTO
Xəbər Şəkli

Azərbaycan Ordusunun hərbçisi həlak oldu - FOTO

06 June 2026, 14:24
Gündəm

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

Gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib. Sezar pizza

Onun ailəli olduğu bildirilir, övladı olmayıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb./Oxu.az