Sosial şəbəkədə biz:
Azərbaycanda karantin 2025-ci ilin sonuna kimi uzadıldı
Xəbər Şəkli

Azərbaycanda karantin 2025-ci ilin sonuna kimi uzadıldı

22 September 2025, 15:46
Gündəm

Azərbaycanda xüsusi karantin 2025-ci ilin sonuna kimi davam edəcək. Bu barədə bu gün, sentyabrın 22-də baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara görə, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2026-cı il yanvarın 1-i saat 06:00-dək uzadılıb.

Sonuncu dəfə xüsusi karantin rejimi 2025-ci il oktyabrın 1-i, saat 06:00-dək uzadılmışdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından xüsusu karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə məhdudlaşdırmalar saxlanıb. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-dən koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.

Bir sıra müxalifət partiyalarının rəhbərləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir. Ölkə başçısı isə Nazirlər Kabinetinin açıqlamasına baxmayaraq, son illər sərhədlər