Sosial şəbəkədə biz:
Azərbaycanda qız uşaqlarının doğumu 85 ildən sonra ən aşağı səviyyəyə düşüb
Xəbər Şəkli

Azərbaycanda qız uşaqlarının doğumu 85 ildən sonra ən aşağı səviyyəyə düşüb

12 October 2025, 09:25
Gündəm

Açıqlanan rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan qızların sayı son onilliklərin ən aşağı səviyyəsinə enib.
Ö
tən il ölkədə cəmi 48,1 min qız uşağı dünyaya gəlib. Bu, rəsmi statistikanın aparıldığı illər ərzində ən aşağı göstəricidir. Bundan əvvəl ən aşağı nəticə 1939-cu ildə qeydə alınıb – həmin il 48,9 min qız uşağı doğulub.
Maraqlıdır ki, Azərbaycanda qız uşaqlarının ən çox doğulduğu il 1990-cı il olub. Həmin dövrdə ölkədə 88,6 min qız dünyaya gəlib ki, bu da indiki göstəricidən təxminən iki dəfə çoxdur.
Rəsmi məlumata görə, 2024-cü ildə 54,2 min oğlan uşağı doğulub. Beləliklə, yeni doğulan oğlanların sayı qızlardan 6,1 min nəfər və ya 11 faiz çoxdur.
Qeyd edək ki, bu gün – 11 oktyabr – bütün dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. Bu tarix qız uşaqlarının hüquqlarının müdafiəsi və cəmiyyətdə bərabər imkanların təşviqi məqsədi daşıyır. Yeniavaz