Sosial şəbəkədə biz:
Bu il Neft Fondunun tranzit gəlirləri 7 dəfə az proqnozlaşdırılıb
Xəbər Şəkli

Bu il Neft Fondunun tranzit gəlirləri 7 dəfə az proqnozlaşdırılıb

13 January 2026, 09:04
Gündəm

Dövlət Neft Fondunun tranzit gəlirləri bu il ötən il nəzərdə tutulan məbləğdən təxminən 7 dəfə az səviyyədə proqnozlaşdırılıb.
Bu barədə Hesablama Palatasının Fondun 2026-cı il büdcəsinə dair rəyində qeyd olunub.
Bildirilir ki, 2025-ci il üzrə faktiki tranzit gəlirləri proqnozlaşdırılandan xeyli aşağı olub. Bu, Rusiya–Ukrayna münaqişəsi ilə bağlı olaraq tranzit marşrutlarının dayandırılması səbəbindən baş verib. Qeyd olunanlar nəzərə alınaraq, tranzit gəlirləri 2026-cı il üçün faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılıb.
Neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 2025-ci ildə 25,4 milyon manat məbləğində proqnozlaşdırılsa da, cəmi 0,004 milyon manat vəsait qeydə alınıb.
Bu səbəbdən Fondun 2026-cı il büdcəsində neftin və qazın Azərbaycan ərazisi ilə tranzitindən əldə edilən gəlirlər 3,7 min manat səviyyəsində proqnozlaşdırılıb.