Sosial şəbəkədə biz:
"Haqqin.az" saytında yeni baş redaktor - Eynulla Fətullayev saytı kimə satdığını açıqladı
Xəbər Şəkli

"Haqqin.az" saytında yeni baş redaktor - Eynulla Fətullayev saytı kimə satdığını açıqladı

10 June 2026, 08:22
Gündəm

Tanınmış jurnalist  Eynulla Fətullayev rəhbərlik etdiyi "Haqqin.az" saytını satdığını təsdiqləyib.

E. Fətullayev sosial media hesabında saytın domenini və təsisçisi olduğu MMC-dəki tam payını notariat qaydasında iş adamı və politoloq Adəm İsmayılova satdığını açıqlayıb.

Türkiyəyə köçdüyünü və gələcək planlarının bizneslə bağlı olduğunu bildirən Eynulla Fətullayev nə vaxtsa jurnalistikaya qayıda biləcəyini də istisna etməyib: "Amma dünyada və regionda cərəyan edən hadisələri, maraqlı məlumatları sosial şəbəkələrdəki səhifələrimdə paylaşacağam. Jurnalistikaya dönəcəyəmmi? Dünyanın işlərini heç bilmək olmaz!”

Qeyd edək ki, "Haqqin.az" saytının yeni sahibi Adəm İsmayılov bir müddət əvvəl Vəhdət Partiyasının sədri seçilib.

Qeyd edək ki, artıq "Haqqin.az" saytına yeni rəhbər təyin olunub. Bu vəzifəyə Caliber.Az saytının baş redaktoru Teymur Hüseynov gətirilib.

O, "Caliber”in kollektivi ilə vidalaşıb. Yeni rəhbər təyin olunduğu kollektivə təqdim edilərək fəaliyyətə başlayıb. (qaynarinfo)

***

Haqqın.az saytının yeni rəhbəri məlum olub.

Manset.az xəbər verir ki, bu vəzifəyə Caliber.az saytının baş redaktoru Teymur Hüseynov gətirilib.

O, "Caliber"in kollektivi ilə vidalaşıb. Yeni rəhbər kollektivə təqdim edilərək fəaliyyətə başlayıb.

Eynulla Fətullayev məlumatla bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib: “Haqqın.az” MMC-də bütöv payımı satmışam. Səbəblər və gələcək planlarım barədə əlavə geniş açıqlama verəcəyəm”.