Sosial şəbəkədə biz:

Bu tanınmışların deputatlığa namizədliyi rəsmiləşdi 

Deputatlığa iddialılar arasında ən tanınmışlarının namizədlikləri qeydə alınıb.    Axar.az Mərkəzi Seçki Komissiyasının rəsmi saytında namizədliyi qeyd alınan məşhur siyasətçilərin siyahısını tərtib edib.   Siyahıda hazırda deputat olanların adlarına daha çox rast gəlinir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun namizədliyi qeydə alınıb.   Həmçinin deputatlardan - Valeh Ələsgərov, Adil Əliyev, Vahid Əhmədov, Arif Rəhimzadə, Aydın Mirzəzadə, Rauf Əliyev, İqbal Ağazadə, Hikmət Babaoğlu, Madər Musayevin namizədliyi artıq rəsmiləşib.   Bununla belə, Səttar Mehbalıyev, Rüstəm Xəlilov, Musa Qasımlı, Yaqub Mahmudov, Novruz Aslan, Mahir Aslanov, Astan Şahverdiyev, İmamverdi İsmayılov da namizədliyi rəsmiləşən millət vəkilləridir.   Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Aparat rəhbəri Elçin Quliyev, prokuror Ədalət Həşimov, ictimai fəal Əhməd Şahidov da artıq deputatlığa rəsmən namizəddir.

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol