Sosial şəbəkədə biz:

"Karvan” Ticarət Mərkəzində icarə haqqı fantastik qiymətə qaldırılıb - Ağamirzə Əhədov narazılıq yaradır

Sumqayıtda məşhur iş adamı Ağamirzə Əhədova məxsus "Karvan” Ticarət Mərkəzində icarə haqqı artırılaraq fantastik qiymətə çatdırılıb.
Sumqayıtdakı mənbənin sözlərinə görə, ticarət mərkəzində bir kvadrat metr yer üçün icarə haqqı 200 manata çatdırılıb ki, bu da nəinki Sumqayıt, hətta paytaxt Bakı üçün belə kifayət qədər yüksək rəqəm hesab edilir.
İcarə qiymətləri yüksələndən dərhal sonra onlarla şəxs icarəyə götürdüyü yerləri "Karvan” rəhbərliyinə təhvil verərək ticarət mərkəzini tərk edib. İcarədarlar hesab edir ki, əhalinin alıcılıq qabiliyyətinin getdikcə aşağı düşdüyü bir zamanda bu qiymətə dükan işlətməkdənsə, dünyanın biznes mərkəzlərindən hesab edilən Honq-Konqda icarədar olaraq çalışmaq daha sərfəlidir.
Mənbənin sözlərinə görə, ticarət mərəzinin sürətlə boşalmasına baxmayaraq rəhbərlik icarə qiymətlərinin azaldılması istiqamətində hər hansı addım atmayıb.(moderator.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol