Bakıda həkimə qarşı şok iddia - 35 min mənimsəyib...
Bakıda fəaliyyət göstərən "Atlas" Tibb Mərkəzində mənimsəmə faktı qeydə alınıb. " Azinforum.az " xəbər verir ki, bu barədə "Report"a Xətai Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, tibb mərkəzinin rəhbərliyi Xətai RPİ-yə ərizə ilə müraciət edib. Ərizədə bildirilib ki, orada həkim işləyən 39 yaşlı İradə Vəliyeva "Atlas" Tibb Mərkəzinin 35 min manat pulunu mənimsəyib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, RPİ-yə daxil olan ərizəni "Atlas" Tibb Mərkəzinin direktoru imzalayıb.