Sosial şəbəkədə biz:

Vasif Talıbovun rəqibi kimdir?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP-ın 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə namizədi Vasif Talıbovun rəqibi müəyyənləşib. Axar.az xəbər verir ki, Məmmədov Etibar Nəsrulla oğlunun sözügedən dairədən rəsmən namizədliyi qeydə alınıb. Naxçıvan Dövlət Universitetində Magistratura üzrə dekan vəzifəsində çalışan E.Məmmədov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) üzvüdür. Mərkəzi Seçki Komissiyasının rəsmi saytında baytarlıq üzrə fəlsəfə doktoru olan E.Məmmədovun namizədliyini öz təşəbbüsü ilə irəli sürdüyü bildirilib. Hazırda 1 saylı Şərur-Sədərək Seçki Dairəsində yalnız Vasif Talıbovla Etibar Məmmədovun namizədliyi qeydə alınıb. Qeyd edək ki, Azərbaycanda parlament seçkisi 1 noyabrda baş tutacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol