Sosial şəbəkədə biz:

Fakültələr ləğv oldu, kafedralar birləşdi - İqtisad Universitetində yeni islahat

Azərbaycan Dövlət İqtisad Universitetində idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları aparılıb.
Universitetdən Mia.az-a verilən məlumata görə, Elmi Şurada qəbul edilən qərara əsasən, "Maliyyə” və "Uçot-iqtisad” fakültələri birləşdirilərək, "Maliyyə və mühasibat” fakültəsi yaradılıb: "Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” ilə "Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedraları birləşdirilərək, "İstehlak mallarının ekspertizası” kafedrası yaradılıb. Bundan əlavə, "İqtisadi nəzəriyyə 1” kafedrasının adı dəyişdirilərək, "İqtisadi nəzəriyyə”, "İqtisadi nəzəriyyə 2” kafedrasının adı isə "Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılıb. "Azərbaycan tarixi”, "Fəlsəfə” və "Politologiya” kafedraları birləşdirilərək, "Humanitar fənnlər” kafedrası yaradılıb".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol