Sosial şəbəkədə biz:

Naxçıvanda təhsil alan qadın tələbələrin sayı kişilərdən çoxdur

Ötən dərs ilinin əvvəlinə Naxçıvan Muxtar Respublikasında (MR) ümumillikdə mövcud olan 19 məktəbədər təhsil müəssisəsində 3 309 uşaq qeydə alınıb. Bu barədə “Report” MR-in Dövlət Statistika Komitəsinə istinadən məlumat verir. Məlumatda qeyd olunub ki, MR-in 216 ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 44 min 212-dir. Məktəblərdə təhsil alan qız şagirdlərin sayı 20 min 319-dur. Muxtar Respublikanın ümumtəhsil məktəblərində 7 024 müəllim fəaliyyət göstərir. Ali təhsil müəssisələrində ümumillikdə 6 min 180 tələbə qeydə alınıb ki, qadın tələbələrin sayı 3638, kişilərin sayı isə 2 542 olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol