Sosial şəbəkədə biz:

DEPUTATLIĞA NAMİZƏD PAŞA MƏMMƏDOV ERMƏNİ MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRDİ (VİDEO)

Qaxdan deputat olmaq istəyən bitərəf namizəd Paşa Məmmədov  (İlusuyski) daha çox  öz sensasion açıqlamaları ilə diqqəti cəlb edir. Bir müddət əvvəl, o, öz Facebook səhifəsində paylaşdığı status ətrafında yaranan qalmaqal hələ də səngiməyib. Qeyd edək ki, həmin statusu ilk  KİV olaraq ictimaiyyətin diqqətinə çatdıran məhz Azinforum.az saytı olmuşdu. Xatırladaq ki, Paşa Məmmədov məlum statusunda göstərdiyi fəaliyyətə görə ermənilərin hədəfində olduğunu diqqətə çatdırmışdı. Sonra isə qeyd etmişdi ki, onun əleyhinə Vətəndə də fəaliyyət göstərənlər var və bu xüsusda bir uyğunluq paraleli də aparmışdı. Sadiq diplomat söz vermişdi ki, nəzərdə tutduğu məsələ ilə bağlı xüsusi bəyanatla çıxış edəcək. Söz verilən bəyanatın keçikməsi Paşa Məmmədovun fikirlərinin müxtəlif, ən əsası isə, onun xeyrinə olmayan aspektlərə yozulmaqla müşahidə olundu. Sentyabrın 23-də Paşa Məmmədov etdiyi qısa videomüraciətdə məhz ermənilərlə kimləri eyniləşdirdiyinə dair yayılan fikirlərə aydınlı gətirib. Azinforum.az həmin videomüraciəti təqdim edir. Nəticə çıxarmağı isə oxucuların öz öhdəsinə buraxırıq. https://www.youtube.com/watch?v=jmaSx_EwH5Uhttps://www.youtube.com/watch?v=jmaSx_EwH5U Rövşən ƏLİ AZİNFORUM.AZ  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol