Sosial şəbəkədə biz:

YENİ PARLAMENT MÜXALİFƏTİNİN TƏRKİBİ BİLİNDİ! – 13 partiyaya yer ayrılır (Siyahı)

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində növbəti Milli Məclisdə kimlərin təmsil olunacağı – 125 deputat mandatının sahibləri, demək olar ki, artıq indidən məlumdur. Bununla bağlı Strateq.az-a ötürülən siyahıda həm YAP-dan, həm bitərəflərdən, həm də müxalifət partiyalarından kimlərə yer ayrılacağı və mandat alacaq şəxslərə hökumət içərisindən kimlərin zəmanət verdiyi haqda dəqiqləşdirməyə ehtiyac duyulan ciddi nüanslar olduğundan, hələlik onu tam şəkildə dərc etmirik. Ancaq siyahıda ən diqqətçəkən məsələlərdən biri növbəti parlamentdə YAP-dan sonra mandat tanınacaq və dövlət büdcəsindən maliyyələşməsi təmin ediləcək partiyalarla bağlı olduğundan, onu ixtisarla yaymaq qərarına gəldik. Beləliklə, bizdə olan məlumata görə, hakimiyyət bu seçkidə aşağıdakı partiyaların mandat qazanmalarına maneçilik törətməyəcək: Ana Vətən Partiyası (AVP) – Fəzail Ağamalı Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) – Araz Əlizadə Azərbaycan Liberal-Demokrat Partiyası (ALDP) – Fuad Əliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev (prosesin gedişindən asılı olaraq, daha 1 yer verilə bilər) Böyük Quruluş Partiyası (BQP) – Fazil Mustafa Demokratik İslahatlar Partiyası (DİP) – Asim Mollazadə Demokratik Maarifçilik Partiyası (DMP) – Elşən Musayev Ədalət Partiyası – İlyas İsmayılov Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) – Fərəc Quliyev Sosial Rifah Partiyası – Xanhüseyn Kazımlı Vəhdət Partiyası – Tahir Kərimli Vətəndaş Birliyi Partiyası (VBP) – Sabir Hacıyev Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Fəzail İbrahimli və Rəfail Hüseynov Qeyd edək ki, yaxın 3 gün ərzində Xalq Partiyasının sədri Pənah Hüseyn və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də “deputatlıq talelərinə” aydınlıq gətiriləcəyi gözlənilir: hər iki şəxslə bağlı konkret qərarın olmadığı deyilir. Strateq.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol