Sosial şəbəkədə biz:

Ölkədə hər min kişiyə neçə qadın düşür? – Statistika 

Son 40 ildə Azərbaycanda kişi və qadınlar arasında say fərqinin nisbətən azalması müşahidə olunur. Axar.az Dövlət Statistika Komitəsinə istinadla məlumat verir ki, 1926-cı ildə Azərbaycanda olan 2 milyon 313 min əhalinin 47,6 faizini qadınlar, 52,4 faizini isə kişilər təşkil edib. Həmin il hər min nəfər kişiyə düşən qadınların sayı 908 olub. Son illərdə isə qadın və kişilərin sayında nisbətən balans yaranmağa başlayıb. Bu il 9 milyon 593 min olan Azərbaycan əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edib. Hər min nəfər kişiyə düşən qadınların sayı 1009 nəfər olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol