Sosial şəbəkədə biz:

Hövsandakı 280 saylı məktəbdə açıq alver

25 September 2015, 13:41
Gündəm
Hövsandakı 280 saylı məktəbdə şagirdlərdən Müəllimlər Günü ilə əlaqədar pul yığılır. Bu barədə tanınmış tərcüməçi Nadir Qocabəyli öz Facebook səhifəsində məlumat verib. Nadir Qocabəylinin yazdığına görə, 1-ci sinfə dərs deyən müəllimə Valideyn Şurasının sədrinə "Qarşıdan müəllimlər günü gəlir, neyləyəcəksiz?" deyib. Valideyn də cavab verib ki, adam başına 10 manatdan yığırıq. Müəllimə isə bildirib ki, mən sizinçün dilənçi-zad deyiləm. Bundan sonra Valideynlər Şurasının sədri 20 manatdan yığacaqlarını bildirib və müəllimə bu məbləğə razılaşıb.