PKK yenə hücum etdi - 2 şəhid, 8 yaralı
Türkiyədə PKK terrorçuları təhlükəsizlik qüvvələrinə hücum edib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şırnakın Beytüşşebap mahalında separatçı terror təşkilatı mənsubları təhlükəsizlik qüvvələrinə hücum təşkil edib. Hadisə zamanı 2 əsgər şəhid olub, 8 əsgər isə yaralanıb. Toqquşma zamanı 34 terrorçu zərərsizləşdirilib.