Sosial şəbəkədə biz:

Azərbaycanda bu şəxslərə vəzifə verənlər cəzalandırılacaq

Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq. Trend-in xəbərinə görə, bununla bağlı Milli Məclisdə İnzibati Xətalar (İXM) Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Parlamentdə İnzibati Xətalar Məcəlləsinə 181-6-cı maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. İXM-ə ediləcək əlavəyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək. Qanun layihəsinin oktyabrın əvvəlində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol