Qaradağda "JEK" rəisini döydülər - İlginc hadisə
Bakının Qaradağ rayonunda Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) müdiri sakinlərdən biri tərəfindən döyülüb. Azinforum.az Musavat.com-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində sakin Ramiz Səfərov MKİS-nin ("JEK") rəisi 1955-ci il təvəllüdlü Qabil Quliyevi döyüb. Hadisə nəticəsində rəis xəsarət alıb. Rəisi döyən şəxs saxlanılıb.