Sosial şəbəkədə biz:

Bakıda gəlin evi yandırdı, özünü də binadan atıb öldürdü

26 September 2015, 20:52
Gündəm
8-ci kilometr bazarının arxasında yerləşən 9 mərtəbəli binaların birində yanğın baş verib. Musavat.com-un məlumatına görə, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yanğın zamanı həyəcanlanıb və nəticədə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. Mərhumun ailəsinin verdiyi məlumata görə, evdə baş vermiş yanğına K.Adıgözəlovanın özü səbəb olub. O, qayınanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb. İntihar edən K.Adıgözəlovanın atası bildirib ki, artıq iki ilə yaxındır ki, qızının ailəsində problemlər yaşanırdı: "Qızımı onlar öldürdü. İki ildir ki, qızıma əziyyət verirdilər, günahkar onlardır". xd