Sosial şəbəkədə biz:

Putin:" Yanukoviçin devrilməsində ABŞ-ın birbaşa rolu var"

"Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin devrilməsində ABŞ-ın birbaşa rolu var”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin CBS və PBS telekanallarına müsahibəsində bildirib. “Birləşmiş Ştatlardakı tərəfdaşlarımız prezident Yanukoviçə qarşı çıxan qüvvələri dəstəklədiklərini gizlətmirlər”, - deyə o vurğulayıb. Rusiya prezidenti, həmçinin, Yanukoviçin hakimiyyətdən getməsi üçün kimlərin, harada və nə vaxt görüşməsi, onlara necə dəstək verilməsi, nə qədər məbləğ ödənilməsi kimi məlumatlara malik olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, V. Putin BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdədir. Onun ümumi siyasi müzakirələr çərçivəsində 28 sentyabrda çıxış edəcəyi gözlənilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol