“Aztelekom“ məhkəməyə müraciət etdi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) "SST Mühəndislik və Maşınqayırma" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. Azinforum.az-ın Reporta istinadən verdiyi xəbərə görə, "Aztelekom" MMC-dən maddi ziyanın ödənilməsini tələb edir. İddia olunan maddi ziyanın məbləği açıqlanmır. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, "Aztelekom" 1992-ci ilin avqust ayında yaradılıb. Bakıda fəaliyyət göstərən "SST Mühəndislik və Maşınqayırma" şirkəti sənaye və istehsal, maşınqayırma, tikinti, təmir və təkmilləşdirilmə, mühəndislik xidmətləri və tikinti layihələri ilə məşğul olur.