Əli Həsənovun “Geosiyasət” kitabı qırğız dilində çap olunacaq
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müəllifi olduğu “Geosiyasət” kitabı Qırğızıstanda rus dilində nəşr olunur. Bu barədə məlumatı Azinforum.az-a Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib. O bildirib ki, rəhbərlik etdiyi fondun sifarişi ilə 500 tirajla rus dilində çap olunacaq kitabın pulsuz paylanması nəzərdə tutulub: “Kitab yaxın günlərdə nәşrdən çıxacaq. Eyni zamanda, sözügedən kitab paralel olaraq qırğız dilinә dә tәrcümә edilir”. Nüsrət Məmmədov deyib ki, kitab qırğız dilinə Mukan Asanaliyev tərəfindən tәrcümә edilir.