Sosial şəbəkədə biz:

Bakı küçələrində insan böyrəyi satılır

Bakı küçələrində hər şey, nə qədər qorxunc və dəhşətli görünsə də hətta insan əzalarının ticarətinə də rast gəlinir. Azinforum.az xəbər verir ki, insan orqanlarının satışına dair elanların fotosu sosial şəbəkələrdə yayılıb. Paytaxt sakinləri bu məzmunda elana küçələrdə bu gün rast gəlib və onun fotosunu çəkərək sosial şəbəkələrdə yayıblar. Bakı sakinləri bu gün 3 belə elana rast gəliblər. Birinci elanda belə yazılıb: “Böyrək satılır. I qrup, 40 min manat”. İkinci elanda yazılıb: “Böyrək satılır. II qrup, 50 min manat”. Üçüncü elanda isə belə məlum olur ki, III qan qrupuna malik donorun böyrəyini 70 min manata almaq olar. Maraqlıdır ki, hər bir elanın altında müxtəlif mobil telefon nömrələri qeyd edilib. Həmin elanların fotolarını təqdim edirik:  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol