Sosial şəbəkədə biz:

Sumqayıtda işsizlər və direktorlar yarışır - SEÇKİ

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə Sumqayıtdan qoşulanlardan 19 nəfərinin namizədliyi qeydə alınıb.

Cebhe.info xəbər verir ki, bundan başqa çox sayda namizəd imzatoplama kampaniyasını yekunlaşdıraraq sənədləri Dairə Seçki Komissiyasına təqdim edib. Qeydə alınan namizədlər arasında bitərəflər üstünlük təşkil edir- 12 nəfər...
Həmçinin YAP-dan 4 namizəd qeydiyyatdan keçib. Qeydə alınan namizədlər arasında KXCP, ASDP və Ümid Partiyasının üzvüləri də var.
Bitərəf namizədlər əsasən işsiz olsalar da, deputat seçilmək istəyənlər arasında  Mədəniyyət və İstirahət Parkının direktoru Etibar Məmmədov, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov, 2 saylı MİS sədri Şirvan Eminov, Milli Məclis əməkdaşı Hacı Salayev, deputat Muxtar Babayev, İqtisadiyyat və Sənaye Nazirliyinin müaşviri Tahir Mirkişilinin də adı var.
Məlumat üçün bildirək ki, Sumqayıtda 4 seçki dairəsi var. Bunlar 41 saylı Sumqayıt I seçki dairəsi, 42 saylı Sumqayıt II seçki dairəsi, 43 saylı Sumqayıt III seçki dairəsi və 44 saylı Sumqayıt-Xızı seçki dairəsidir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol