Xaləddin İsgəndərovdan yeni kadr təyinatı
Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub. Report-un məlumatına görə, III dərəcəli dövlət qulluqçusu Dadaşov Elman Mirzağa oğlu RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müdir təyin edilib. Elman Dadaşov bu gündən vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə Nuridə Allahyarova çalışıb. O, keçən ay işdən çıxıb.