Sosial şəbəkədə biz:

Nazir oğlunun Qəçreşdəki villası söküldü

Nəqliyyat naziri Ziya Məmmədovun "vurulması” prosesi özünün məntiqi sonluğuna yaxınlaşmaqdadır. Nazirin zəiflədilməsinin sübutu kimi digər faktlar da göstərmək olar. Bütün bunlar isə göstərir ki, Nəqliyyat Nazirliyinin səlahiyyətləri bir-bir əlindən alınır. Hər halda son aylar verilən fərman, sərəncam və qərarlardan sonra Ziya Məmmədov demək olar ki, əksər səlahiyyətlərini itirib. Faktiki olaraq "portfel nazir”ə çevrilib. Azinforum.az xəbər verir ki, "Unikal” qəzetinin əldə etdiyi son məlumatda isə daha maraqlı mətləblərdən bəhs olunur. Qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, proses təkcə nazir Ziya Məmmədovun və oğlunun səlahiyyət dairəsinin daraldılması ilə məhdudlaşmayacaq. Belə ki, artıq Məmmədovların qanunsuz yollarla əldə etdiyi mal-mülkün də hesabı sorulmağa başlayıb. Bunun təsdiqi kimi isə nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus villanın yerlə yeksan edilməsini göstərmək olar. Söhbət Anar Məmmədovun Qubanın Qəçreş kəndində özü üçün inşa etdirdiyi dəbdəbəli villadan gedir. Mənbəmiz bildirir ki, bir müddət öncə həmin villa texnikanın köməkliyi ilə uçurulub. Bu isə artıq Ziya Məmmədov və oğlu üçün olduqca təhlükəli siqnal sayıla bilər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol