Sosial şəbəkədə biz:

Rusiya qırıcıları indi də İraqa girir – Şok

03 October 2015, 19:40
Gündəm
İraqın Baş naziri Heydər əl-İbadi Rusiyanı İraqda da İŞİD-ə qarşı hərbi hava əməliyyatlarına başlamağa səsləyib.   
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, iraqlı baş nazir bəyan edib ki, əgər Rusiya İraqda da İŞİD-ə qarşı hava əməliyyatlarına başlamaq istəsə, bu, müsbət qarşılanacaq: “Hələlik bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə görüşümüz olmayıb. Ancaq istənilən halda biz Rusiyanın İraqda İŞİD-ə qarşı hava əməliyyatlarına başlamaq təklifinə müsbət cavab verərik”.