Sosial şəbəkədə biz:

AXCP sədrinin müşaviri həbs olundu

Onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim həbs olunub.  Azinforum.Az xəbər verir ki, vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsində M. İbrahimin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, M. İbrahim Mikayıl Quliyev adlı şəxsin şikayəti əsasında həbs olunub. M. Quliyev M. İbrahim tərəfindən döyüldüyünü iddia edərək 18-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Bundan sonra M. İbrahim barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol