Sosial şəbəkədə biz:

Kəmaləddin Heydərov Mətanət üçün MAHNI YAZIB

Əməkdar artist Mətanət İsgəndərli repertuarına musiqisi Kamal müəllim, sözləri Baba Vəziroğluna məxsus olan yeni mahnı daxil edəcək. Azinforum.az bildirir ki, bu barədə Gecce.az-a əməkdar incəsənət xadimi B.Vəziroğlu məlumat verib. "Yeni işbirliyimiz Mətanət xanımın ifası üçün nəzərdə tutulub. Mahnı hazırlıq prosesindədir. Lirik nəğmə olacaq. Mətanət xanımın ifası, səs tembrinə uyğun gələn mahnı hazırlanır. Bu mahnı Kamal müəllimlə silsilə yaradıcılığımızın bir parçası olacaq. Mətanət xanım ifası isə ona rəng qatacaq" - deyə söz yazarı bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol