ANS-in məşhur aparıcısı ATV-də
ANS telekanalının tanınmış aparıcısı Aytən Səfərova iş yerini dəyişib. Məlumata görə, Səfərova bundan sonra fəaliyyətini ATV-də davam etdirəcək. Qeyd olunur ki, bir müddət öncə ANS rəhbərliyi ilə münasibətləri soyuqlaşan Səfərova ATV-dən gələn təklifə müsbət cavab verib. Onun bu təklifə "hə” deməsinin əsas səbəbinin də məhz bu amil olduğu bildirilir(Olke.az).