Sosial şəbəkədə biz:

Bələdiyyə sədrinin müavini qəza törətdi, kəndləri işıqsız qoydu

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. ANSPRESS-in məlumatına görə, bu gün rayonun Xudat kəndində köhnə Xudat Kənd Bələdiyyəsinin keçmiş sədri, indiki sədr müavini Səyavuş İbrahimov idarə etdiyi "Niva"nı yolun kənarındakı beton elektrik dirəyinə çırpıb, nəticədə dirək aşıb. Sürücü özü xəsarət almasa da, ətraf kəndlər işıqsız qalıb. Xaçmaz Polis Şöbəsinin Xudat bölməsi faktı təsdiqləyib. "Azərişıq" ASC-nin Xaçmaz şöbəsinin qəza briqadası nəticələrin aradan qaldırılması istiqamətində iş aparır. Faktla bağlı araşdırmalar davam edir.

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol