Sosial şəbəkədə biz:

MTN-də saxlanılan Rauf Mirqədirov və Arif Yunusla görüş keçirilib

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən  verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub. Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov və digərlər ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlanılma şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməmiş, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol