Sosial şəbəkədə biz:

AMIP sədrin istefasından partiya xəbərsizdir - “Bu necə olub?”

“Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin istefa verməsindən xəbərsizik”. Bunu AzNews.az-a açıqlamasında sözü gedən partiyanın beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev bildirib. Onun sözlərinə görə, Y.Bağırzadə bu qərarı verərkən partiyanın rəsmilərindən heç kəsə məlumat verməyib: “Bu necə olub? Heç kəsin xəbəri yox. Yaxın saatlarda partiya onunla bağlı açıqlama yayacaq”. Xatırladaq ki, Y. Bağırzadə Milli İstiqlal Partiyasının sədriliyindən istefa verib. O, buna səbəb olaraq, səhhətindəki problemləri göstərib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol