Sosial şəbəkədə biz:

Narkotik satan polis həbs edildi

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Zaqatalada əməlyyat keçirib. Musavat.com-a daxil olan məlumata görə əməliyyat zamanı 2 polis əməkdaşı saxlanıb. Əvvəlcədən planlaşdırlan əməliyyat zamanı şərti alıcı narkotik satan polis əməkdaşına zəng edib. Məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Nəsib Nəsibov narkotiki satarkən tutulub. N. Nəsibov daxili işlər orqanlarından xaric edilməklə həmin fakt üzrə başlanmış cinayət işi ilə əlaqədar istintaqa cəlb olunub. Onu da qeyd edək ki, rayon polis şöbəsinin daha bir əməkdaşı, polis serjantı Elman Məmmədov da vəzifə səlahiyyətlərini aşması suçu ilə ciddi töhmət alıb. Onun N.Nəsibovla yaxın münasibətdə olması haqda da bilgi var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol