Sosial şəbəkədə biz:

Metronun "Elmlər Akademiyası" stansiyasına güclü su sızır

07 October 2015, 15:07
Gündəm
Bu dəqiqələrdə Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasının giriş-çıxışının tavanında güclü su sızıntısı var. Bu barədə milli.az-a şahidlər xəbər ediblər. Hadisə yerindən fotolar göndərən sərnişinlər bildirirlər ki, stansiyanın eskalatorlarının yerləşdiyi ərazidə tavandan su axır. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sayta açıqlamasında deyilənləri təsdiqləyib. N.Paşayev bildirib ki, su sızıntısı eskalatorların üzərindədir. Hal-hazırda sızıntının qarşısı alınır. Hadisəyə səbəb binada su borusunun partlamasıdır. Binaya suyun verilməsi müvəqqəti olaraq dayandırılıb. Qurum rəsmisi əlavə edib ki, sərnişinlərin gediş-gəlişində heç bir problem yoxdur.