Blatter FİFA prezidentliyindən kənarlaşdırıldı
FİFA prezidenti Yozef Blatter 90 gün vəzifəsindən kənarlaşdırılıb. Bu barədə “Guardian” qəzeti xəbər yayıb. “Prezident Blatter 90 gün vəzifəsinin icrasından kənarlaşdırıldı. Hələ ki, bildiyimiz yalnız budur” - deyə Blatterin müşaviri Klaus Ştelker bildirib. Qeyd edək ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Y.Blatterə qarşı cinayət işi açıb (APA).