Sosial şəbəkədə biz:

Sabiq baş nazirlər məhkəməyə çağırıldı

Türkiyənin paytaxtı Ankarada Ağır Cinayətlər Məhkəməsi “28 fevral istintaqı” ilə bağlı sabiq baş nazirlər – Tansu Çillər və Məsud Yılmazın məhkəməyə çağırılması barədə qərar verib. Axar.az xəbər verir ki, baş nazirlərin məhkəmədə iştirakı vacib sayılıb. Məhkəmənin qərarına görə, sabiq nazirlər prosesə qatılmayacaqları təqdirdə, zorla məhkəmə salonuna gətirilə bilər. Xatırladaq ki, “28 fevral istintaqı” “Türkiyədə dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinən 103 şübhəli haqqında açılan cinayət işidir. Şübhəlilər ilk dəfə 2013-cü ilin sentyabrında hakim qarşısına çıxarılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol